Samsung şirkətinin 2014-cü ildə istehsal edəcəyi “smart” televizorları barmaq hərəkətlərinə reaksiya verəcək. “Samsung Tomorrow” bloquna əsasən, tamaşaçı barmaqların köməyi ilə kanalları dəyişdirə, gurluğu nizamlaya, həmçinin məzmun axtara biləcək.


 


Hər bir əməliyyat xüsusi “jest”lə həyata keçiriləcək. Məsələn, barmağı saat əqrəbinin əksi istiqamətində hərəkət etdirmək “videoda fasilə vermək və əvvəlki ekrana qayıtmaq” deməkdir.


 


Barmaq hərəkətlərinin tanınması üçün televizorlara kamera quraşdırılıb. “Samsung”un 2013-cü ildə istifadəyə verdiyi televizorlarında da kamera mövcuddur, lakin bu kamera yalnız əl çalmağa reaksiya verir. Şirkət yeni model televizoru 2014-cü il yanvar ayının 7-dən 10-dək Las-Veqasda keçiriləcək “CES” sərgisində nümayiş etdirəcək.