Başa çatmaqda olan ildə telefon istehsalçıları bir çox yeni modellər təqdim ediblər. Bəs bu yeni telefon modelləri arasında istifadəçilərin ən çox razı qaldıqları modellər hansılardır? TexnoKulis test mərkəzi bu ilin ən yaxşı “Ağıllı telefonları”nı müəyyənləşdirib.
2013-cü ilin ən yaxşı telefon modeli Apple iPhone 5s seçilib. İlin ən yaxşı ikinci telefon modeli isə Sony şirkətinin su və toz keçirməyən Sony Xperia Z1 modeli olub. Samsung şirkətinin Galaxy S4 modeli isə ilin üçüncü ən yaxşı telefonudur.
Bu ilin ən yaxşı telefon modelləri sırasına zəif işıqlarda belə daha yaxşı kamera çəkilişi ilə rəqiblərindən fərqlənən HTC One da yer alıb. Ən yaxşı kameraya sahib olan Nokia Lumia 1020 modeli də ən yaxşı modellər sırasında beşinci yerə sahib olub. Cənubi Koreyanın LG şirkətinin G2 modeli də bu ilin ən yaxşı telefonları sırasına daxil olub. İlin ən yaxşı telefonları arasında General Mobile Discovery modelinin də adı çəkilib. Və nəhayət Nexsus seriyasının ən yeni modeli LG Nexus 5 də yaxşı qiymət alan telefonlardan olub.