Galaxy Gear ilə ağıllı saat sektorunu gücləndirən Samsungun ardından bir başqa telefon nəhəngi Nokia-nın da bir müddətdir ağıllı saatlar üzərində çalışdığı və 2014-ci ilin ortalarında bu saatları satışa təqdim edəcəyi iddia edildi.


 


Ağıllı telefonlardan sonra adını çox tez eşitməyə başladığımız , Samsung Galaxy Gear , Sony SmartWatch 2 və Pebble ilə ilk modellərinə çoxdan qovuşduğumuz ağıllı saatların , gedərək çoxalacağı çox əvvəldən müəyyən idi. Bunlardan biri də son iki ilin ən yaxşı çıxış edən markası Nokia olacağını gözləyirdik.


 


Nokianın ağıllı saatı 2014-ci ilin üçüncü rübündə satışa təqdim ediləcəyi iddia edilir. Saatın Nokia Morph əsaslı , yəni fərqli funksiyalar üçün görünüş və şəkil dəyişdirə biləcək bir məhsul olacağı düşünülür. Cihazın istehsal qrupunun başında isə İnkişaf Cihazlar başçısı Axel Meyer və Dizayn başçısı Peter Skillman durur.


 


Belə görünür ki, yeni il ilə birlikdə ağıllı saat sektoru ciddi mənada aktivləşəcək, çünki Apple 2014-cü ilin oktyabr ayında iWatch, Samsung isə 2014-cü ildə Galaxy Gear fitness ağıllı saatlarını satışa təqdim edəcəyi gözlənilir.