Puma gənc Fransız markası olan Brooklyn We Go Hard (BWGH) ilə uzunmüddətli əməkdaşlığa başladı. Yaradıcı əməkdaşlığın ilk məhsulu isə PUMA R698 idman ayaqqabısı oldu.



BWGH-ın qurucu üzvləri olan David ObadiaNelson Hassaney eyni anda kampaniyanın həm dizayneri, həm müasir incəsənət sahəsində, moda və küçə mədəniyyəti tarixinin ekspertləridir.



Onlar öz markalarını repçi Jay-Z-in musiqisinin adı ilə adlandırıb. Kolleksiyanı isə gənc lakin çox istedadlı rəssam və dizaynerlər ilə birlikdə hazırlayıblar. Bundan əlavə BWGH 2010-cu ildən bəri Kitsune, Ronnie Fieg,Colette mağazası və Hypebeast portalı kimi markalar ilə əməkdaşlıq edir.



BWGH 2014-cü ildə PUMA-nın geyim, ayaqqabı və aksesuar daxil olmaqla yeni kolleksiyası üzərində işləməyə davam edəcək. PUMA R698 Bluefield Rusiyada dekabrn 28-dən etibarən Sneakerhead mağazasında satışa buraxılacaq.