Yeni İl bayramı üçün yolkanı bəzədik, evlərə dizayn verdik. Geriyə sevdiyimiz insanlara, qohumlara verəcəyimiz hədiyyələr qaldı. Əlbəttə ki, hədiyyyələri köhnə üsul ilə qablaşdırmaq olar. Lakin bu o qədər də maraqlı deyil.
Eynilikdən uzaq olmaq üçün biz sizə, bu il hədiyyələrinizi başqa bir tərzdə qablaşdırmaq üçün 30 üsul təqdim edirik. Şam ağacı qozası, adi kağız, sadə parça, köhnə, artıq istifadə etmədiyiniz köynək hətta öz şəxsi şəkilləriniz və başqa bu cür sadə əşyalarla çox maraqlı, qeyri-adi və özəl hədiyyə qablaşdırmaları hazırlaya bilərsiniz.