Samsung, digər telefonlardan fərqli olaraq metal quruluşa sahib Galaxy F üzərində işlərini genişləndirdi. Samsungun bu il bazara təqdim etməsi gözlənilən telefonu Galaxy S5, şirkətin tək silahı olmayacaq.
Cənubi Koreya mərkəzli texnologiya nəhənginin bu telefonunun digərlərindən ən əhəmiyyətli fərqi isə dizaynı olacaq. Metal quruluşu ilə diqqət çəkən cihazın xüsusiyyətlərinin də Galaxy S5 ilə bənzərlik daşıması gözlənilir.
Galaxy F, 16 megapiksel daxili kamerasıyla yüksək həllolma əmsallı fotoşəkillər çəkə biləcək. Cihazın fevral ayında nəzərdə tutulan Mobil Dünya Konqresində təqdim ediləcəyi gözlənilir.