Nokia-nın hələ də android əməliyyat sistemli bir mobiol  telefon təqdim edəcəyi iddiaları , bir neçə həftə əvvəl internetdə ortaya çıxmış , hətta haqqında danışılan mobil telefondan bəzi fotoşəkillər də nəşr olunmuşdu. İndi isə android əməliyyat sistemli Nokiadan bir görünüş daha sızıntılar arasına qatıldı.


 


Normady adlı telefondan yeni sızan fotoşəkil , bu dəfə Çin web saytı “WPDang”da ortaya çıxdı. Nokianın Microsoftun nəzarəti altında android sistemli  telefon təqdim etməyəcəyi düşünülür.


 


Ancaq Twitterdəki məşhur Evleaks hesabına görə "Normandynin ölümünə dair hesabatlar çox şişirdilir”. Microsoftun Nokianı satın alması 2014-cü ilin ilk rübündə tamamlanacaq. Finlandiyalı nəhəngin androidli bir telefonla qarşımıza çıxıb çıxmayacağı isə gedərək daha çox maraq mövzusu olmağa başlamış vəziyyətdədir.