iPhone istifadəçilərinin bir qisminin ehtiyac duyduğu fiziki klaviaturanı təmin etdiyi üçün qısa müddətdə istifadəçilər arasında məhşurlaşan “Typo”nun iPhone klaviaturası BlackBerry maneəsinə rast gəldi. “Typo”nun “iPhone”lar üçün təqdim etdiyi klaviatura, dizayn olaraq BlackBerry Q10 model telefonlarla bənzərlik daşıması BlackBerry ilə “Typo”nu qarşı-qarşıya gətirdi.


 


Klaviatura dizaynlarının kopiyalandığını iddia edən BlackBerry, klaviatura üçün məhkəməyə müraciət edərkən, “Typo”dan mövzuyla əlaqədar hər hansı bir şərh gəlmədi. ABŞ-dakı “Consumer Electronics Show” sərgisində izləyicilərə təqdim edilməsi planlaşdırılan “Typo”nun iPhone klaviaturasının taleyinin nə olacağını da məhkəmə qərar verəcək.