Hollivudun “Dream Works Animation” studiyası bazara uşaqlar üçün mobil qurğuların təqdim edilməsi ilə bağlı planları barədə məlumat yayıb. Yazda kompüter istehsalçısı “Fuhu” ilə əməkdaşlıq çərçivəsində yaradılan “DreamTab” planşetləri satışa çıxarılmalıdır.
İlk olaraq mövcud “Fuhu Nabi” modelləri bazasında hazırlanan planşet yanvar ayının 7-də Las-Veqasda start götürəcək “International Consumer Electronics Show” sərgisində təqdim olunacaq.
Bazara ilk olaraq səkkiz düyümlük ekrana malik model təqdim olunacaq və onun qiyməti 300 dollardan baha olmayacaq. Ardınca isə 12 düyümlük model hazırlanacaq.