Apple , SnappyCam tətbiqini inkişaf etdirən şirkəti satın aldı. ABŞ-lı texnologiya nəhənginin , iPhone kameralarında saniyədə 20-30 fotoşəkil çəkə bilən tətbiqi inkişaf etdirərək yeni məhsullarında istifadə etməklə sanki inqilab yaradacağı təxmin edilir.
Amerikalı texnologiya nəhəngi Apple , iPhone kameralarında saniyədə 20 ilə 30 fotoşəkil çəkə bilən SnappyCam tətbiqinin sahibi olan Snappy Lab şirkətini satın aldı. Tətbiqi inkişaf etdirən yunan əsilli "John Papandriopoulos"dir.
O, Avstraliyanın Melbourne Universitetindən məzun olub. SnappyCam , qısa müddətdə dünyanın bir çox ölkəsindəki “AppStore”larda məşhur olunca Papandriopoulos da tək şəxsdən ibarət olan "start -up" şirkətini qurdu. Applenin sözü gedən tətbiqi yeni təqdim edəcəyi cihazların kameralarını inkişaf etdirmək üçün istifadə olunacağı təxmin edilir. Apple ötən il ərzində bu şəkildə 13 kiçik şirkəti satın alaraq tərkibinə daxil etdi. Bunlar arasında Twitter analiz xidməti verən Tops və 3 ölçülü sensor şirkəti PrimeSense də var.