Avropanın bəzi internet portallarında yeni virus yayılıb.
Kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış “Fox-IT” şirkəti məlumatı təsdiqləyib. Yahoo.com şirkətinin açıqlamasına görə, zərərli kod “ads.yahoo.com” sistemində göstərilən reklam bannerlərində aşkarlanıb.
Problem tezliklə aradan qaldırılsa da, bəzi kompyuterlər riskə məruz qalıb. “Mac OS” platforması ilə işləyən qurğulara isə zərər dəyməyib. “Fox-IT” şirkəti mütəxəssislərin məlumatına görə, sürətlə yayılan zərərli koddan Rumıniya, Böyük Britaniya və Fransadan olan istifadəçilər daha çox zərər çəkiblər.