Fransız Milli İnformasiya Komissiyası , dünya tərəfindən məşhur axtarış sistemi "Google"a internet üzərində fərdi məlumatların qorunması ilə əlaqədar qanunvericiliyə uyğun gəlmədiyi səbəbiylə 150 ​​min Avro pul cəzası verdi.


 


Komissiya, daha əvvəl edilən xəbərdarlıqlara baxmayaraq "Google" axtarış sisteminin qaydaları pozduğu səbəbiylə 150 ​​min avro pul cəzasının uyğun görüldüyünü açıqladı.


 


Bütün dünyada məşhur Amerika axtarış sistemi Google, 2012-ci ilin mart ayında aralarında Google Search, YouTube, Gmail, Picasa, Google Drive, Google Docs, Google Maps kimi təxminən 60 xidmətinin bir dam altında toplanmasını qərarlaşdırmışdı. Fransız Elm Komissiyası, sözü gedən xidmətlərin bir dam altında toplanmasının və buradakı fərdi məlumatların paylaşımının Avropadakı hüquqi qanunvericiliyə zidd olduğunu düşünür. Fransız İnformasiya Komissiyası, "Google"dan internet istifadəçisinin məlumatlarının saxlanması mövzusunda daha ətraflı və əhatəli təminatlar verməsini istəyir.