McDonalds nəinki Rusiya sakinlərinin həm də Avstraliya sakinlərinin çox sevdiyi bir məhsul olan çuğundurun önə sürüldüyü reklam kampaniyası təqdim edib. Öz məhsulunu yeni bir formada təqdim edən McDonalds, qeyri-adi fikirdən istifadə edib.
Fast food insanlara geyimləri üzərinə düşən çuğundur ləkəsi ilə fəxr etməyi təklif edib. McDonalds reklam kampaniyası zamanı özünün yeni məhsulunu menyusuna daxil etdi. McOz- çuğundurlu burger.
McDonalds Avstraliyalıları çuğundur yeməyə və onun tünd qırmızı rəngdə olan şirəsinin bir damlasının geyimlərinin üzərinə düşməsindən çəkinməməyə dəvət edib. “Onu həvəslə yeyin və qururla daşıyın” - kampaniyanın şüarı bu cürdür. Həmçinin 30 saniyəlik reklam çarxı da dəqdim olunub.