“Sony”nin yeni Ultra HD projektoru şirkəti bir addım önə daşıyır. Qiyməti isə əl yandırır. İstehsalçılar bu dəstəyi təqdim edən TV-ləri və LCD monitorları satışa təqdim etməyə başladı. Bənzər vəziyyət projektorlar üçün də etibarlı olmaqdadır.
Ancaq onsuz da bahalı olan projektorlar Ultra HD dəstəyiylə çox daha bahalı hala gəlir. “Sony”nin yeni sərgilədiyi Ultra HD projektor üçün qiymət 30 min dollardan başlayır. Normal projektor ilə müqayisədə çox daha fərqlidir.
Beləcə qarşısından keçmək, hara yerləşdirmək kimi dərdlər aradan qalxır. Zoom və güclü fokus sistemlərinə malikdir. Bundan əlavə uzaqdan idarəetmə və USB sistemi də mövcuddur. “Sony”nin öyündüyü X-Reality Pro, Triluminous Display, Motionflow və avtomatik rəng korreksiyası texnologiyalarını da ehtiva edən məhsulda 3D vizuallaşdırma dəstəyi də var. Ancaq bu vəziyyətdə Full HD ilə məhdud qalır.2000 kandela gücündə parlaqlıq təqdim edə bildiyindən hər mühitdə dəqiq nəticə verir. Modulyar quruluşda birdən çox modul əlavə olunub səs sistemiylə inteqrasiya mümkündür. Cihazın yaz aylarında satışa təqdim edilməsi gözlənilir.