"Microsoft"un gözlənilən yeni əməliyyat sistemi “Windows 9”un çıxış tarixi müəyyən oldu. Windows 8.1 yeniliyinin ardından proqram nəhəngi “Windows 9”u 2015-ci ilin aprel ayında satışa təqdim etməyə hazırlaşır.
Həm stolüstü həm də mobil platformalarda istifadə ediləcək olan “Windows 9”a aid ekran görüntüləri hələ ortada yoxdur. Metro interfeysini də yeniləyəcək olan şirkət, xüsusilə yeni Windowsun interfeysi üzərində çox dayanır. “Metro 2.0”ın detalları hələ bilinmir, ancaq interfeyslərin androidi xatırldacağı ifadə edilir.