“Google”dan yeni bir satın alma xəbəri gəldi. ABŞ-lı texnologiya nəhəngi, internet və ağıllı telefonlar vasitəsilə  idarə edilə bilən termostat və tüstü dedektorları istehsal edən  “Nest” şirkətini 3,2 milyard dollara satın alıb.


 


“Nest”in istehsal etdiyi termostatlar iki ildir satışda idi, şirkətin yaratdığı tüstü və karbon 4 oksid dedektorları  bazarda yeni yer almağa başlayıb. “Nest”in qurucusu isə əvvəllər Apple şirkətinin iPod bölməsinin başında olmuş Tony Fadelldir


 


İnternet vasitəsilə uzaqdan əmr edilməklə bərabər, Nestin istehsal etdiyi termostatlar istifadəçinin evdə olub-olmadığını qəbul edərək evin istiliyini buna görə nizamlaya bilir. “Google”nin icraçı direktoru  Larry Page bildirib ki, "Nesti"ni milyardlarla dollara satın almasının ardında  “Kompleks problemlərə sadə həllər tapmaq üçün kompleks texnologiyaları istifadə etmək”  istəyi dayanır. Qurulduğu gündən bu yana 140-dan çox şirkəti öz tərkibinə qatan Google, yalnız 2013-cü ildə 18 şirkət satın alıb. “Google” şirkətinin son dövrlər aldığı şirkətlər arasında xüsusilə  robotlar texnologiyaları üzrə  ixtisaslaşmış firmalar yer alır.