Mercedes-Benz,  bazar ertəsi "Detroyt Avtomobil Sərgisin"də yeni  2015 C-Class modelini təqdim edib. Yeni C-Class sedanı 9.4 sm daha uzun və 4 sm daha genişdir. Eyni zamanda, təkər bazası da 7,6 sm artıb.


 


Artımın daha çoxu arxa sərnişinlərin  xeyrinədir. Yeni C-Class müştərilərə iki mühərrik seçimi ilə təklif olunacaq: 235 at gücü ilə 2.0 litrlik turbin mühərrikli və 329 at qücü ilə 3.0 litrlik turbin mühərrikli. 



 


Yeni C-Class əvvəlki nəslindən nisbətən yüngül olduğundən 20 faiz daha az yanacaq sərf edir. Avtomobilin ABŞ-da qiymətinin 30 min ABŞ dolları olacağı açıqlanıb.