Alman diktator Adolf Hitlerin adı, “Google Maps”i kiçik bir problemlə üzləşdirdi. Berlində Google Maps açan istifadəçilər, şəhərin Theodor-Heuss-Platz olaraq bilinən bir bölgəsinin xəritədə Adolf-Hitler-Platz olaraq göründüyünün fərqinə vardılar.
Şikayətlər əsasında vəziyyətin fərqinə varan Google üzr istəyərək adı dəyişdirdi. Berlində, Almaniyanın düşməsindən əvvəl Adolf-Hitler-Platz olaraq bilinən bölgənin adı, döyüş sonrasında Qərb Almaniyanın ilk prezidentin adıyla dəyişdirilmişdi.