Michelen özünün hər il keçirdiyi geniş, şəhərətrafı yollarda sürücülükdən zövq almaq üçün nəzərdə tutulmuş ən yaxşı avtomobil layihəsi müsabiqəsinə yenə də dizaynerlərin işlərini qəbul edir.



Müsabiqə “Drive Your Passion, Engaging Senses, Soul and Emotion” şüarı ilə keçirilir. Iştirakçılar Hardung Pass (India), Highway 1 and the Rubicon Trail (California), Ruta 40 (Argentina) və başqa bu kimi məşhur yollardan ilhamlana bilərlər.



Michelin təsdiqinə görə “2030-cu ildə şəhərlərdə böyük sıxlıq ucbatından sürücülük öz-özünə sonlanacaq. Sürücülükdən zövq alanlar isə kiçik şəhərlərdə yaşayan sakinlər olacaq.” Müsabiqədə bütün dünyadan olan müstəqil dizaynerlər, dizayn studiyaları, dizayner tələbələr, avtomobil təchizatçıları iştirak edə bilər. Işlər iyun ayının 1-nə kimi 2D formatında qəbul olunur. Ən yaxşı layihəni www.michelinchallengedesign.com saytında görmək mümkündür.