Apple real insanların hekayələrindən bəhs edən “iPad Air”in yeni təqdimat kampaniyasını təqdim etdi. "Your Verse" reklam-çarxında məşhur  “Ölmüş Şairlərin Cəmiyyəti”  kinofilmindən sözlər səslənir.


 


Video isə cihazdan istifadə edən insanların həyatından olan fraqmentlərdən ibarətdir. Film ekstremal şəraitdə çəkilib. Filmdə idmansayağı tibb, inkişaf etmiş ölkələrdə təhsil,  musiqinin yeni qeyd və icra üsulu və hətta sualtı çəkilişi insanlar iPad vasitəsilə edir.


 


Apple, kampaniyada insanlara sərhədləri aşmağı və gündəlik yaşam tərzindən kənara çıxmağı təklif edir. Kampaniyanın saytında - “Bizim hər birimizdə insanlar ilə bölüşməyə bir səbəb var. Səs, perspektivlik, uğur və başqaları. Potensial dünya tarixinə yeni bir bənd əlavə edir. Bəs sənin bəndin necə olacaq?” yazılıb. Orada “iPad”in istifadəçilərinin hekayələri ilə ətraflı tanış olmaq mümkündür.