“Windows 8”də rəsmi bir YouTube tətbiqi yoxdur, amma olsa belə bəlkə də bu tətbiqdən istifadə edəcəkdiniz. YouTube videolarını Windows 8 cihazınızda rahatca izləmək istəyirsinizsə, Hyper bu işdə sizə kömək edə bilər.
“Google” şirkətinin Windows 8 üçün inkişaf etdirdiyi rəsmi bir tətbiq tapılmır. Bu səbəblə ya üçüncü partiya tətbiqlərə göz atmalısınız, ya da YouTube web saytından istifadə etməlisiniz.
Müvəffəqiyyətli YouTube tətbiqi olan Hyper videoları SD, 720p və 1080p keyfiyyətində izləməyinizə imkan verir. Bununla da kifyətlənməyən tətbiq, videoları yükləməyinizə və ya MP3 faylı olaraq saxlamağınıza icazə verir.