Harper Bazaar fevral ayı üçün dərc olunacaq jurnalın üz qabığında dünyaca məşhur və ən çox maraq obyekti olan model Alessandra Ambrosio-nu seçməklə heç də yanılmadı.



Çəkilişin müəllifi Blicher Katie və Dean Everard ikilisidir. Bu yaradıcı insanlar artıq uzun müddətdir ki, məşhur marka ilə əməkdaşlıq edir və bilirlər ki, şübhəsiz onlardan yeni sifarişlər alacaqlar.



Braziliyalı model çox dəbli yay kolleksiyanın çəkilişində iştirak etdi. Xurma ağacları, günəş, qısa yubkalar və yüngül bluz-məhz elə bunlar soyuq qış aylarında bizə lazım olanlardır.