Apple-ın tətbiq mağazası “App Store”da olan bir tətbiq dünyanı ayağa qaldırdı. Şirkət qısa müddət ərzində tətbiqi ləğv etmək vəziyyətində qaldı. “Plastic Surgery” adlı tətbiq istifadəçilərin şikayətlərinə səbəb olub. Bu tətbiqdə istifadəçilər həkim olaraq yağ qatları çox olan bir qadının yağlarını Liposuction üsulu ilə aradan qaldırırlar və sonda ortaya Barbie formasında bir qız çıxır.
9 yaş sərhədi olan tətbiqin özünü tanıtma üsulu isə ayrıca müzakirələrə səbəb olacaq cinsdəndir: "Bu talehsiz qızın çox kilosu var və normal yollarla kilo verəcək kimi deyil . Bizim klinikada onu çox daha incə belli hala gətirmək mümkündür. Istifadə etməyimiz lazım olan tək şey isə problemli bölgələri kəsib çoxluqları aradan qaldırmaqdır. Həkim, əməliyyata başlayaqmı?".
Yaş sərhəddini yetərli hesab etməyən və bir çox insanı mənfi istiqamətə yönləndirəcək olan belə bir tətbiqə qarşı etiraz edən istifadəçilər Apple və Google şirkətlərini topa tutarkən, şikayətlər həm Twitter üzərindən həm də şirkətlərin elektron-məktublarına göndərildi. Apple təzyiqlərə daha çox dözə bilməyərək tətbiqi aradan qaldırarkən, onun ardından “Google” da Play Storeda olan tətbiqi aradan qaldırıldı. Apple və Google mövzuyla əlaqədar hər hansı bir açıqlama vermədi.