Dünyanın öndə gələn axtarış mühərriklərindən biri olan Yahoo-nun COO-su Henrique de Castro vəzifəsindən uzaqlaşdırıldı. Yahoonun yeni baş direktoru Marissa Mayerin şirkətin başına keçməsiylə birlikdə aldığı ilk radikal qərarlarından biri ötən günlərdə Googleda işləyən Castronu Yahoonun tərkibinə almaq oldu.


 


Castroyla 62 milyon dollara 4 illik müqavilə imzalayan Yahoo, aradan keçən bir il yarım müddətdən sonra Castronun işinə son vermə qərarı texnologiya dünyasına bomba kimi düşdü.  “Adweek”in hesabatına görə bir müddətdir Mayerdan reklam gəlirlərini artırması istiqamətində təzyiq görən Castro ilə Mayerin arası gündən günə pisləşdi.


 


İstənilən reklam gəlirini əldə edə bilməyən Mayer Castronu Yahoodan ayırmağa qərar verdi. Mayer, mövzuyla əlaqədar etdiyi şərhdə "şirkətin COO-su olan Castronu şirkətdən uzaqlaşdırmağın özləri üçün də çox da asan bir qərar olmadığını, ancaq Yahoo xaricində özünün daha yaxşı işlərə imza atabiləcəyinə inandığını" qeyd etdi.