"Google"un "ediləcəklər siyahısı" olaraq önə sürdüyü Schemer tətbiqi bağlanır. Bənzər maraq sahələrinə sahib insanların bir-birlərini taparaq hədəflərinə daha asan çatmalarını təmin etmək məqsədiylə inkişaf etdirilən ictimai web tətbiqi, kifayət qədər maraq görmədiyi səbəbiylə fevral ayının 7-si bağlanacaq.
Istifadəçilər, məsələn, "paraşütlə atlamaq istəyirəm" kimi bir hədəf təyin edərək bunu ediləcəklər siyahısına əlavə edə bilərdi. Sonra bənzər hədəfləri olan insanlarla tanışlıq və fəaliyyəti birlikdə reallaşdırma imkanı tapa bilirdi.
Lakin tətbiq nə Googledən kifayət qədər dəstək ala bildi, nə də istifadəçilərin marağını çəkməyi bacara bildi. Bu vəziyyətdə də Google, gözlənilən qərarı verdi və tətbiqi sonlandırdı.