Xüsusilə son aylarda Milli Təhlükəsizlik Agentliyi-nin istifadəçilərin bir çox məlumatını asanlıqla əldə edə bilməsi texnologiya şirkətlərini də axtarışa itələyir. Bu mənada ortaya çıxan Blackphone yüksək təhlükəsizlik sistemiylə diqqət çəkir.
"Silent Circle" və "Geeksphone" adlı telefon istehsalçılarının ortaq məhsulu olan "Blackphone", nə kamerası nə də prosessoruyla rəqibləriylə yarışır. Cihazın tək dərdi daha çox etibarlı olmaq və bu vasitə ilə zəif görünən telefon sektorunda bir seçim ola bilməsidir.
Android əməliyyat sisteminin alt quruluşu olan “PrivatOS”dan istifadə edən cihaz xüsusilə istifadəçilərin tez-tez istifadə etdiyi mətn mesajlarının göndərilməsi, görüntülü danışıq, fayl transfer əməliyyatı kimi sahələrdə təhlükəsizliyi təmin edir. Cihazın fevral ayının 24-də Barselonada reallaşdırılacaq Mobil Dünya Konqresində tanıdılması gözlənilir.