“Xperia Z1”in yerinə keçməyə hazırlaşan “Xperia Z2”nin fotoşəkilləri sızdı. Ehtimalla önümüzdəki ay təşkil ediləcək olan "Mobil Dünya Konqresi"ndə açıqlanacaq olan Xperia Z2, hələlik D6503 adı ilə adlanır.


 


Sızan fotoşəkilə görə Xperia Z2, Xperia dizaynını qorumağa davam edirsə də daha böyük ekrana sahibdir. “Xperia Z2”nin xarici dizaynı demək olar ki, Xperia Z1 ilə eyni görünür. Düymələrin mövqeyi eynilə istifadə edilmişdir.


 


“Xperia Z2”nin  dizaynında hər hansı bir dəyişiklik yerinə əsl dəyişiklik ekranda edilmişdir. Ekran daha da böyüyərək 5.2 düym ilə qarşımıza çıxır. Əlbəttə ən az Xperia Z1 qədər dayanıqlı olduğunu təxmin edirik. Bundan əlavə “Sony”nin “Xperia Z2”də də suya qarşı dayanıqlı rəftarını davam etdirəcəyini təxmin etmək heç çətin deyil. Nəticə olaraq hələlik 5.2 düym ekrana sahib olacağını bildiyimiz “Xperia Z2”, bütün incəlikləri ilə Mobil Dünya Konqresində qarşımızda olacaq.