Google, ötən əsrin 50-ci illərindən başlayan və bu günümüzdə yekunlaşan musiqi janrlarından və məşhur albomlardan ibarət retrospektiv hazırladı. İnfoqrafika Googles Music Timeline saytında rənarəng dalğalar görünüşündə təqdim olunub.


 


Məsələn, caz şaftalı rəngdə, rok isə tünd-yaşıl rəngdə qeyd olunub. Istifadəçilər bütün tabloya bir dəfəyə baxa bilər və ya xüsusi istədikləri janrı seçərək onun haqqında daha ətrafı məlumata sahib ola bilərlər.


 


Hər bir janrda ən yaxşı musiqi albomları toplanmışdır. Istifadəçi xüsusi albomu seçərək Google Play-in online mağazasına bağlanır. Google klassik musiqini bu layihəyə daxil etməyib.