“Global Web Index” 32 ölkədə yaşayan 170 min internet istifadəçisi arasında keçirdiyi sorğu nəticəsində sosial şəbəkələrin statistikasını hazırlayıb. Ötən il Instagram fotoxidməti ən sürətlə inkişaf edən sosial şəbəkə olub.


 


2013-cü ilin iki son rübündə “Instagram”ın aktiv istifadəçilərinin sayı 23% artıb. Ötən il məşhurlaşan ikinci sosial şəbəkə “Reddit” saytı olub. “Reddit” eyni müddətdə aktiv auditoriyasını 13% artırıb. Başqa sosial şəbəkələrdə cüzi artım qeydə alınıb.


 


Belə ki, “Pinterest” şəbəkəsinin və “Quora” sual və cavablar saytının aktiv istifadəçilərinin sayı 6% artıb. “Twitter” mikrobloqlar xidmətində bu göstərici təxminən 2% olub. “YouTube”, “Facebook”, “V Kontakte” və “Odnoklassniki” mənfi dinamika göstərib. 2013-cü ilin ikinci yarısında hər bir sosial şəbəkə orta hesabla aktiv istifadəçilərinin 3%-ni itirib.