ABŞ-da mütəxəssislər Facebook sosial şəbəkəsinin 3 il içərisində istifadəçi sayının 80 %-ni itirəcəyini açıqladı. "iStrategy Labs"ın ötən günlərdə nəşr etdiyi son hesabatında 2011-ci ildən bu yana 3 milyon istifadəçinin Facebook sosial şəbəkəsini tərk etdiyi ortaya çıxdı.
Daha çox gənc istifadəçilərini itirən və 1.3 milyard istifadəçisi olan Facebookun son günlərdə xüsusilə orta yaş və üzəri istifadəçi sayında da ciddi bir artım var. Yəni Facebook sürətlə yaşlanır.
ABŞ-ın məşhur universitetlərindən “John Canneralla” və “Joshua Spechler”in birlikdə etdikləri araşdırmaya görə Facebooku sürətlə tərk edən gənclər şirkətin sonunu gətirəcək. Həm də çox deyil 3 il sonra. Araşdırma daha əvvəl yüksək bir müvəffəqiyyət əldə etmiş nümunələri oxucusuyla paylaşır. Məsələn, bir dövrə damğasını vuran MySpace 15 il əvvəl bir xeyli məşhur idi.
Əlbəttə həmin zamanda Facebook ortada yox idi. Facebook ilə ictimai mediayaya baxışın dəyişməsiylə birlikdə ildən ilə MySpace xatırlanmaz oldu. Facebook isə 70-dən 70-ə hər kəsin sevimli yerinə çevrildi. Mütəxəssislər, 2017-ci ilə qədər Facebookun demək olr ki, 80 %-ini meydana gətirən istifadəçi kütləsini itirəcəyini və yekun ölümün 2020-ci ildə reallaşacağını iddia edir.