Braziliya markası olan Colcci-nin 2014 payız-qış geyim kolleksiyasının reklam kampaniyası təqdim olundu. İlk rəsmi bizə Gisele Bundchen Instagramda təqdim etdi. Model, fotoqraf Giampaolo Sgurev kamerası önünə keçərək qısa ətək və şık idmansayağı geyimdə markanı reklam etdi.



Gisele, daha öncə 2010-cu ildə marka ilə əməkdaşlıq etmişdi. Xatırladaq ki, əvvəllər markanı Ashton Kutcher, Alessandra Ambrosio, Paris Hilton və başqa bu kimi məşhurlar reklam etmişdir.