Nokia özünün Nokia Lumia 1020 mobil telefonunu tanıtmaq üçün sosial foto-sınaq keçirib. Şirkət, 30 smartfonu dünyanın 30 ölkəsində paylayaraq insanlardan həmin smartfon ilə gün ərzində şəhərin həyatını əks etdirən 10 ədəd şəkil çəkməyi xahiş edib.


 


Daha sonra bu smartfonları ardıcıl olaraq başqa insanlara ötürməyi bildirib. Layihənin orijinallığı ondadır ki, Nokia şirkəti iştirakçıların telefonları başqa insanlara ötürülməsi prosesini yoxlamayıb. İştirakçılardan çəkilmiş fotoşəkilləri # passiton hashtagı altında layihənin saytında dərc etmək tələb olunub. Çəkilişlər saytda gün ərzində qruplaşdırılıb – səhər, günorta, axşam və gecə. Layihə Havas Worldwide Helsinki agentliyi ilə birgə hazırlanıb.