Texnologiya nəhəngi Apple-ın böyük ekranlı iki yeni iPhone modeli istehsal etməyi planlaşdırdığı bildirilir. ABŞ-ın texnologiya nəhəngi, yeni istehsal edəcəyi iPhone modellərindən ikisini böyük ekranlı olaraq istehsal edəcək.
Yeni telefonlardan biri ən az 4,5 düym, digəri isə ən az 5 düym böyüklüyündə ekranlara malik olacaq. 4,5 düymlük modelin istehsalına hazırlıq aparılır, 5 düymlük model isə inkişaf etdirmə mərhələsindədir.
Hazırda bazarda olan iPhone 5S-in ekran genişliyi 4 düymdür. Bundan başqa, “Apple”ın yeni modelləri üçün iPhone 5C-yə bənzər plastik korpus istifadə edilməyəcək. Yeni telefonların Sentyabr ayında bazara çıxması gözlənilir.