Məşhur mesajlaşma proqramı “WhatsApp”ın istifadəçi sayı 430 milyona çatdı. WhatsApp istifadəçi hesabı açmaq üçün işlək bir telefon nömrəsi tələb etdiyindən bu 430 milyon hesabın çox böyük hissəsi aktiv və düzgün hesablardan ibarətdir.


 


Bu böyüklüyü ilə “WhatsApp”ın 1 mliyard istifadəçi hesabı olan “Facebook”a çox yaxınlaşdığını da söyləmək mümkündür, çünki Facebookda çox sayda saxta hesab var. Bir istifadəçi, öz adı xaricində saxta adlarla çox sayda hesab aça bilir.


 


Facebookun istifadəçi sayının yüksəlməsindəki əhəmiyyətli bir təsirin də bu saxta hesablar olduğu nəzərə alsaq, “WhatsApp”ın Facebookla müqayisə ediləcək qədər böyük bir təsirə sahib olduğu düşünülür. Mesajlaşma tətbiqinin dekabr ayında 400 milyon istifadəçisi var idi. Bir ayda 30 milyon yeni istifadəçiyə çatan “WhatsApp”ın bu sürətlə böyüməsi zamanı qırılması çətin rekordlara imza atması kimsə üçün sürpriz olmamalıdır.


 


“WhatsApp”ın direktoru Jan Koum, “WhatsApp”ın müvəffəqiyyətinin ardından ortaya çıxan rəqiblərinin hələ “WhatsApp”a çatmaqda çox uzaqda olduqlarını xatırladaraq, “WhatsApp”ın reklam almadan istifadəçilərə xidmət etməyə davam edəcəyini və məqsədlərinin istifadəçiləri ən rahat şəkildə çalışan sürətli, praktik və güclü bir mesajlaşma proqramı olmağa davam etmək olduğunu"  vurğuladı.


 


Bir gündə 50 milyard mesajın işləndiyi WhatsApp ekosistemində gəlir modeli olaraq illik 1 dollarlıq ödənişin xaricində hələ başqa bir ödəmə yoxdur. İşçi sayını da minimumda tutan firma bu sahədə xərclərini artırmadan, çox aşağı ödənişlə xidmət verməyə davam edə bilir. Toplam 50 işçisi olan firmada 25 mühəndis var. 20 adam da hər dildə müştəri əlaqələrini izləyir.


 


Firmanın reklam alması halında isə, 430 milyonluq istifadəçi bazası ilə ildə milyardlarla dollarlıq gəlir əldə etməsi və Facebook, Google kimi nəhənglərlə yarışması mümkün olacaq. Ancaq media önünə çıxmağı sevməyən şirkət sahiblərinin təvazökar həyatlar sürdükləri və daha çox qazanmaq üçün təcavüzkar marketinq texnikalarını seçmədikləri bütün texnologiya dünyasında artıq bilinən bir gerçəkdir.