Apple-ın bu il “iWatch” ilə ağıllı saat sektoruna girməsi gözlənilərkən yeni bir iWatch anlayışı daha ortaya çıxdı. Bildiyimiz kimi uzun zamandır ki, texnologiya ictimaiyyətində “Apple”ın ağıllı saat təqdim edəcəyi söz-söhbətləri gəzirdi.
Son olaraq yeni bir video çarx ilə iWatch anlayışı heç olmadığı qədər həqiqi şəkildə gözlər önünə sərildi. Apple, bu mövzuda təmkinli davransa da davam edən söz-söhbətlər və anlayış modelləri həm Apple sevənlər, həm də sənaye analitikləri arasında həyəcan oyandırmağa davam edir.
San Francisco mərkəzli professional interfeys dizayneri Todd Hamilton tərəfindən yaradılan bu yeni iWatch anlayışı, “Nike FuelBand”in gözəl dizaynı ilə “Apple”ın iOS 7-sinin sadəlikdən yana interfeys işləmini bir araya gətirir. Yeni anlayış, “iWatch”a praktik bir dünyagörüşü gətirərək anlayışı asanlaşdırmaqla qalmır, eyni zamanda tamaşaçılara cihazın iş şəklini daha yaxşı göstərmək adına əməliyyat sistemini də aktuallaşdırır.