İngilis peyk xidmətinə qarşı iddianı itirən Microsoft illərdir istifadə etdiyi bir markanın adını dəyişdirmək məcburiyyətində qaldı. Proqram nəhəngi Microsoftun İngilis peyk TV xidməti “BskyB” ilə olan iddianı itirməsi nəticəsində bulud saxlama xidməti olan “SkyDrive”ın adının dəyişəcəyi açıqlandı.
Şirkət tərəfindən bildirilən son şərhdə “SkyDrive” adının dəyişdirilərək “OneDrive” olacağı bildirildi. Artıq “OneDrive” olaraq yoluna davam etmə qərarı alan Microsoft məhkəmə sonrası bu radikal qərarı almaq vəziyyətində qaldı.
Proqram nəhəngi, ad dəyişikliyi sonrası istifadəçilərin hər hansı bir çətinlik yaşamayacağını və “OneDrive” xidmətini eynilə istifadə etməyə davam edəcəklərini vurğuladı. “BskyB” firması, 2011-ci ildə açdığı iddianı 2013-cü ilin iyun ayında qazanıb Sky ad haqqının özlərinə aid olduğunu sübut etdirməyi bacardı. Microsoftun etirazlarına baxmayaraq məhkəmə “BskyB”nin lehinə qərar verdi. Məhkəmənin bu qərarının ardından Microsoft İngiltərə daxil olmaqla bütün dünyada istifadə etdiyi SkyDrive adını dəyişdirmək məcburiyyətində qaldı.