Samsung-un maraqla gözlənilən ağıllı telefonu “Galaxy S5” “iPhone 5S”lərdə istifadə olunan barmaq izi qoruma texnologiyasının iştirak edəcəyi iddia edildi. “Samsung Galaxy S5”in iki fərqli distributivdə istifadəçilərə təqdim edilməsi planlaşdırılır.


 


Son olaraq ön tərəfində iştirak edən kamera ilə ekran kilidinin açılacağı iddia edilən cihazda “iPhone 5S”lərin ən əhəmiyyətli xüsusiyyəti barmaq izi qoruma texnologiyasının iştirak edəcəyi də bildirildi.


 


Həm aşağı, həm də yüksək gəlir səviyyəsinə xitab edəcək iki fərqli modelə sahib olması gözlənilən “Galaxy S5”in digər təxmini xüsusiyyətlərinə gəlincə “2 GB RAM”a sahib olması gözlənilən cihaz 5.2 düymlük nəhəng bir ekrandan və16 megapiksel daxili kameradan  ibarət olacaq. Cihazın fevral ayının sonunda reallaşdırılacaq Mobil Dünya Konqresində tanıdılması gözlənilir.