Azərbaycanda yeni sığorta sistemi fəaliyyətə başlayıb. Sığorta məsələləri ilə bağlı çətinliyiniz olarsa - Claim Regulation hər zaman sizin köməyinizdə! Bu xidmət Azərbaycanda  “Sığorta”  və  “Xidmət” sahəsini birləşdirən bir yenilikdir. Claim Regulation şirkəti 13 oktyabr 2013-cü il tarixində təsis olunmuşdur.


 


Fəaliyyəti həm fərdi, həm də korporativ müştərilərə sığorta hadisələrinin tənzimlənməsi xidməti göstərmək, yəni, sığorta hadisəsi baş verdikdə, sığortalı müştərinin sığorta hadisəsinə dair müvafiq orqanlarda (Sığorta şirkətlərində, DYP, DİN, FHN və s.) təmsil etməkdir. 


 


Şirkətin icracı direktoru Cavid Cavadov bildirib ki, hədəfimiz: “Hal-hazırda Sığorta sahəsinə, günü – gündən artan inamın dahada sürətlənməsi, Sığorta bazarınının inkişafı və maariflənməsindən ibarətdir. Biz sığortalı müştərinin, sığorta hadisəsi baş verdikdən sonra keçməyi vacib olduğu prosedurları  qısa bir zamanda keçib, avtomobilin tez təmirə başlanmasına nail ola bilirik.


 


Əməkdaşlarımız  hadisə  zamanı zərər çəkmiş avtomobilin zərurət yaranarsa qəza yerindən evakuasiyasını təşkil edib, müvafiq orqanlardan sığorta şirkətinin tələb etdiyi sənədləri tez bir zamanda yığıb onlara təqdim edir. Növbəti prosedurda, avtomobilin təmirinə nəzarət və problem yaransa dərhal bunun ilə bağlı avtomobil sahibini  məlumatlandırmaq yer alır.


 


Həmçinin qeyd etmək istərdim ki, şirkətimiz avtomobil sahibinin vaxtına qənaət etmək məqsədi ilə, təmir zamanı baş verən dəyişikliklər prosedurunu öz ardıcıllığı ilə e-mail və ya digər vasitələr ilə mütamadi olaraq təqdim olunmasını tərəfimizdən göstərilən servislər siyahısına əlavə edib. Beləliklə, siz qəza yerindən başlayaraq, son təmir gününə qədər avtomobilinizin vəziyyətindən xəbərdar olursunuz. Bizim məqsədimiz sığortalı müştərilərin hər hansı bir məsləhətə, köməyə ehtiyacı olduqda, onun yanında olmaq və hər bir vəziyyətdə öz köməyimizi əsirgəməmək!



 


Çünki, Sizin rahatlığınız – Bizim uğurumuzdur! ”