Cənubi Koreya mərkəzli texnologiya nəhəngi LG yeni ağıllı telefonu LG Pro 2-ni təqdim etməyə hazırlaşır. Fevral ayında Barselonada reallaşdırılacaq “Mobil Dünya Konqresi”də tanıdılması gözlənilən “LG”nin yeni telefonu LG Pro 2 Snapdragon 600 prosessorundan güc alır.


 


5.5 düymlük nəhəng bir ekrana sahib olan cihazda 2 GB RAM var. Android əməliyyat sisteminin 4.4.2 versiyasını istifadə edən telefonla əlaqədar hələki daha çox məlumat yoxdur.