iPhone üçün hazırlanan xüsusi bir örtük sayəsində istifadəçilər artıq ekranlarına toxunmadan gələn zənglərə cavab verə biləcək. “SenseCover” adlı bir şirkətin hazırladığı yeni texnoloji örtük “IPhone 5” və “Iphone 5S”lər üçün istifadəçilərə fərqli bir həll təqdim edir.


 


Ekranı tamamilə bağlayan örtük zəng gəldiyi zaman açılmasına ehtiyac qalmadan istifadəçinin yalnız örtüyün metal səthinə toxunaraq cavab verməsini təmin edir.


 


Bunun üçün istifadəçinin kiçik bir barmaq hərəkəti ilə barmağını soldan sağa doğru metal çubuq oxunda sürüşdürməsi yetərlidir. Yəni örtüyü açmağa hər hansı bir səbəb qalmır. Əslində örtüyün sistemi çox sadədir. Siz metal üzərindən barmağınızı sürüşdürərkən, yaranan kiçik elektrik iPhone ekranının bilvasitə olaraq da olsa barmaq hərəkətinizi qəbul etməyə köməkçi olur. Örtük 45 dollara satışa təqdim edilir.