Barselonada “Moda Həftəsi” çərçivəsində Mango-nun yaz-yay kolleksiyası nümayiş olundu. Podiumu açmaq Braziliyalı ulduz "Alessandra Ambrosio"ya əmanət edildi. Yeni mövsümün kolleksiyasında aydın bir şəkildə 90-cı illərin dəbini görmək mümkündür. Onun fərqləndirici xüsusiyyəti minimalizmdir.
Ağ və qara rəngin klassik birləşməsi, neytral ton palitrası, sadə üslub- bütün bunları markanın dizaynerləri bu kolleksiyada cəmlədi. Əsasən qadın geyimlərinin nümayiş olunması ilə yanaşı, izləyicilərə kişilər və uşaqlar üçün olan geyimlər də nümayiş olundu. Həmçinin Mangonun plus size – Violeta by Mango yeni kolleksiyası da nümayiş olundu.








