2014-cü ildə Apple şirkəti iki “iPhone” modeli təqdim edəcək. Bu barədə məlumatı şirkətin mütəxəssisləri yayıb. Ekspertlərin məlumatlarına əsasən, “iPhone 6” smartfonu iki modifikasiyadan ibarət olacaq.
Birində ekranın ölçüsü 4,7- dən 4,8 düymədək, təsvir ölçüsü isə 1920 x 1080 piksel (440 ppi) təşkil edəcək. İkinci versiyada “IGZO” texnologiyasını dəstəkləyən və 2272 x 1280 təsvir ölçülü 5.5 düymlük ekran tətbiq ediləcək.
Hər iki qurğuda 2 qiqabayt əməli yaddaş və 128 QB daxili yaddaş, 8 meqapiksellik əsas və 3,2 meqapiksellik ön kamera, həmçinin 1800 milliamper / saat tutumlu akkumulyator batareyasının olacağı gözlənilir. Smartfon 64 bit arxitekturalı “Apple A8” prosessoru ilə təchiz olunacaq.
