Louis Vuitton kişi çanta və aksesuar kolleksiyasının reklamını təqdim edib. “Man, a Voyage, an Iconic Bag” adını daşıyan üç video tamaşaçıları üç fərqli kişi mühitinə baxmağa dəvət edir - öz sahəsində mütəxəssis, səyahətçi və markanın çantalarının sahibləri.



"Florensiya"dan olan rejissor, "Livingston"dan olan botanik və "Havana"dan olan okeonoqraf pərdə arxasında qalır. Yalnız “Louis Vuitton”un kişi çantaları göstərilir. Reklam çarxları markanın rəsmi saytında və “YouTube”da yayımlanıb.



İzləyici reklam çarxı zamanı çantanın yanında yaranan kiçik işarəyə klikləyir və bunun nəticəsində məhsul haqqında daha çox məlumat toplayır, aksesuarlara baxır. Həmçinin bu yaxınlarda "Louis Vuitton" şirkətin yaradıcı direktoru Marc Jacobs, aktrisa Catherine Deneuve, modellər Gisele Bundchen, Fan Bingbing, Edie Campbell və Caroline de Maigret ilə mini-müsahibə keçirib. Qadınlar özlərinin "Louis Vuitton NN14" çantaları haqqında danışır və həmin çantalar ilə hara getdiklərindən bəhs edir. Bu reklam çarxları markanın 2014 yaz-yay reklam kampaniyasının bir hissəsidir.