Məşhur sosial media saytı "Twitter"ın yeni dizaynı təqdim olundu. Dizaynın “Facebook” ilə olan bənzərliyi isə diqqətlərdən qaçmadı. Twitter mühəndislərinin bir müddətdir üzərində işlədiyi yeni sayt dizaynı yavaş-yavaş öz şəklini alır.
Hər nə qədər istifadəçiyə nə vaxt təqdim ediləcəyi bilinməsə də dizayn son halını almış kimi görünür. Gözə dəyən ilk dəyişiklik isə Twitterin örtük fotoşəkilini böyütməsi oldu.
Bunun xaricində atılan “Tweet”lər, paylaşılan fotoşəkillər, izlənilənlər, izləyənlər və seçilmişlər kimi siyahılar da yenə örtük fotoşəkilinin alt hissəsində yerləşir. Twitterin CEO - su Dick Costolo etdiyi son şərhində bu radikal dizayn dəyişikliyinin ediləcəyini bildirmişdi. Costolo, “Twitterə qatılan yeni istifadəçilərin sayta alışmasında çətinliklər yaşandığını, yeni dizaynla xüsusilə yeni istifadəçilərə daha çox istifadəçi dostu bir interfeys təqdim etməyi planladıqlarını qeyd etmişdi”.
