HTC yeni modeli “M8 mini”-ni təqdim etməyə hazırlaşır. Həm dizaynı həm mövcudluğu ilə “One” modelinin ardından “One Mini” modelini təqdim edən HTC, tezliklə bütün digər texnologiya nəhəngləri kimi yeni modelini təqdim edəcək.


 


M8 Mini, Android əməliyyat sistemi və Sense 6.0 interfeysiylə gələcək. Cihaz 4.5 düym ekrana, Snapdragon prosessoru və 1.4 GHs prosessor sürətinə sahib olacaq. Digər tərəfdən “M8 Mini” WLAN a / b / g / n standartlarına, Bluetooth sisteminə və micro SD kart yuvasına sahib olacaq.