"Facebook" sosial şəbəkəsi 2014-cü ildə istifadəçilərin xəbər lentində reklam elanlarının sayını artırmayacaq. Bu barədə sosial şəbəkənin maliyyə direktoru Devid Ebersman məlumat verib.
“Facebook-da reklam, xüsusilə də, mobil telefon reklamı 2013-cü ildə müştərilərimizə yaxşı qazanc gətirib və özünü əla göstərdi. Bununla belə, cari ildə biz istifadəçi lentlərində onların sayını artırmayacağıq” - deyə Ebersman bildirib.