Fanlar, Sony - dən növbəti ayın sonunda "MWC 2014" sərgisində böyük elanlar gözləyir. Amma Yaponların planları bu tədbirlə məhdudlaşmır. Şirkət martın 5-də İndoneziyanın paytaxtı Cakartada keçiriləcək “solo” tədbirinə dəvət göndərməyə başlayıb.
Görüş “Həyat – inanılmaz səyahətdir” şüarı altında keçiriləcək. Bəlkə də bu 2014 flaqman modelləri üçün bir şüar olacaq.
