Şəbəkələrdə "Anfisa Bessonova"nın və "Anar Qurbanov"un “Candy Park” layihəsi təqdim olunub.
“Candy Park”ın layihəsini həyata keçirtmək üçün biz çəkilişləri “Bakı Lunapark”ında etdik. Bu təsadüfi deyil. Axı bir çoxumuzun uşaqlığı məhs burada keçib. Park bizim uşaqlığımızın bir hissəsinə çevrilib. Onunla bağlı çoxlu maraqlı, şən və gözəl xatirələrmiz var. Biz həmçinin soyuq Fevral ayına parlaq günlər qatmaq istədik və bu bizdə alındı” - Anfisa Bessonova öz müsahibəsində deyib.
“Candy Park” layihəsinin müəllifi Anfisa Bessonova və Anar Qurbanovdur. Layihədə model “Umleyla Zakaryaeva” rol alıb. Layihəyə həmçinin Azərbaycanın tanınmış illüstratoru Aygün Həsənova da cəlb olunub.









