İnternetdə BlackBerry - nin yeni modeli barədə məlumat yayılıb. Cihazın yaradılması və istehsalına görə, BlackBerry ilə 5 illik əməkdaşlığa imza atan Çin istehsal nəhəngi “Foxconn” cavabdehlik daşıyır. “Jakarta”nın inkişaf etməkdə olan bazarlarda satılacağı gözlənilir.
Cihazın xüsusiyyətləri: BlackBerry Jakarta 960 x 540 piksel ilə 5”-lük ekran, 1.2 GHz ilə 2-nüvəli prosessor, 1.5 GB RAM, daxili yaddaş 8 GB, 5-meqapikselli əsas və 1,1 meqapikselli ön kamera və 2650 mAh batareya gücü ilə təci ediləcək. Çox güman ki, BlackBerry Jakarta MWC 2014 sərgi çərçivəsində təqdim olunacaq.
