Coca-Cola şirkəti 2014-cü ildə təşkil olunacaq futbol üzrə Dünya Çempionatına hazırlaşır. Şirkət yaradıcı insanları və Talenthouse üzvlərini dünya ictimaiyyətinə cəlb etməklə Dünya Çempionatına həsr olunmuş himninin video çarxının yaradılması ilə məşğuldur.
Himnin ifaçısı isə “David Correy”dir. İştirakçılar müsabiqədə iştirak etmək üçün qısa video çarx hazırlamalıdır. Bu video çarxlardan seçim edilərək ən çox bəyənilənlər reklam çarxının bir hissəsi olacaq.
Video çarxlar birbaşa olaraq futbol ilə əlaqəli olmalıdır. Bu video çarxları 15 saniyədən artıq olmamalıdır. Rəsmi saytda ən çox səs toplamış üç ən yaxşı iş və video 1000 $ məbləğində pul mükafatına sahib olacaqlar.